Paşayev Hüseyn Ələsgər oğlu

İdarə Heyəti sədrinin müavini

Paşayev Hüseyn Ələsgər oğlu 1973-cü ildə Tovuz rayonunda anadan olub.

1990-1995-ci illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis-iqtisadiyyatçı ixtisası üzrə ali təhsil alıb. 

1995-2002-ci illər ərzində özəl sektorda satış, biznesin inkişafı və marketinq meneceri olaraq çalışıb.

2002-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin Katibliyində çalışıb, 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentində direktor müavini vəzifəsinə təyin edilib.

2007-2015-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 

2015-2018-ci illər ərzində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktorun müavini vəzifəsində işləyib.

2018-2020-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müxtəlif idarələrində rəis olaraq çalışıb. 

2020-ci ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru təyin edilib. 

2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 

2 övladı var.