Bədəlov Asif Arif oğlu

İdarə Heyəti sədrinin müşaviri

Bədəlov Asif Arif oğlu 1973-cü ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Texniki Universitetində Daşımaların təşkili və nəqliyyat vasitələrinin idarə edilməsi mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2015-ci ildə CİPD (Chartered İnstitute of Personnel Development) bitirib.

Əmək fəaliyyətinə 1999-cu ildən Neft-qaz sənayesində, SOCAR-ın ən iri müəssisələrindən bir olan Bakı Stasionar Dərin Özüllər Zavodunda Hüquqşünas vəzifəsindən başlayıb.

2001 – 2011-ci illərdə British Petroleum (BP) şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi" layihələrində İnsan resurslarının idarə edilməsi departamentində mütəxəssis, supervayzer, menecer vəzifələrində çalışıb.

2011 – 2014-cü illərdə Qafqazın ən iri orta və yüksək sıxlıqlı fiber lövhələr, lamparket və otaqlar arası qapılar istehsalşısı olan AzGroup – AzMDF şirkətində İnsan resursları və inzibati idarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

2014 – 2016-cı illərdə Birləşmiş Ərəb Əmirliyinin  TROFİNA ME FZC, Həmriyyə FZ, şirkətində İnsan resurslarının idarə edilməsi üzrə direktoru vəzifəsində çalışıb.

2016 – 2017-ci illərdə Moda sənayesinin lider şirkətlərindən biri olan "Sinteks" Şirkətlər Qrupunda İnsan resurslarının idarə edilməsi üzrə direktoru vəzifəsində çalışıb.

2017 – 2018-ci illərdə "Şahdağ" otellər qrupuna idarəetmə xidməti göstərən PGİ Azərbaycan (Andorra) şirkətində İnsan resursları və təlim departamentinin direktoru vəzifəsində çalışıb.

2018 – 2022 – ci illərdə "EKVİTA Consulting" şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert və Layihə rəhbəri vəzifələrində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, "Məşğulluğa dəstək" layihəsində, BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində insan resurslarının idarə edilməsi sisteminin qurulması prosesində layihə rəhbəri olub. 

2022 – 2023-cü illərdə "GP Cotton Holdings" (MKT İK MMC, MTP və Giltex MMC) şirkətində İnsan resurslarının idarə edilməsi üzrə Baş direktoru vəzifəsində çalışıb.

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

2026-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.