İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Sistemin məqsədi tibbi xidmətlərə əlçatanlığı təmin etmək və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdan ibarətdir.
İcbari tibbi sığortadan kimlər istifadə edə bilər?
İcbari tibbi sığorta ilə tibbi xidmət harada göstərilir?
Vətəndaş tibbi xidmətə ehtiyacı olduğu halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin siyahıda qeyd olunan tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Tibb müəssisələrinin axtarışı
İcbari tibbi sığorta ilə necə tibbi xidmət almaq olar?
Planlı ambulator tibbi xidmət almaq üçün ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etmək lazımdır.
Ailə həkiminə müraciət
İxtisaslı həkimə müraciət
Laborator və instrumental müayinələr, radioloji xidmətlər və s. həkimin göstərişi əsasında icbari tibbi sığorta ilə ödənişsiz qarşılanır. Ambulator şəraitdə göstərilən MRT və KT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq olunur. Vətəndaş sözügedən müayinələr üçün Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəməlidir.
Təcili və təxirəsalınmaz tibbi xidmətlər
Vətəndaş ambulans xidmətindən (103) istifadə edərək ev şəraitində tibbi xidmət ala və ya tibb müəssisəsinə çatdırıla bilər. Təcili hallarda tibb müəssisəsində vətəndaşa növbədənkənar tibbi xidmət göstərilir. Ambulans xidməti, ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri, dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində ödənişsizdir;
Vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım zamanı yaxınlıqdakı özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinin birinə birbaşa müraciət edə bilər. Bu zaman tibb müəssisəsi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət ünvanlayır və Agentlik göstərilən tibbi xidmətlər üçün icbari tibbi sığortanın Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.
Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə
Vətəndaşa Xidmətlər Zərfi çərçivəsində lazım olan tibbi xidməti TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və ya Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında göstərmək mümkün olmadıqda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləli özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinə göndəriş verilir. Göndərişin verilməsi və göndəriş əsasında göstərilən tibbi xidmətlər ödənişsizdir.
Göndərişin etibarlılıq müddəti 10 iş günüdür
İcbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə Xidmətlər Zərfinə daxil olan stasionar terapevtik və cərrahi xidmətlərdən faydalanmaq üçün birbaşa müraciət etmək mümkündür. İcbari tibbi sığorta hesabına xidmət almaq üçün stasionar müalicəyə tibbi göstərişin olmasına dair müayinə nəticələri tələb olunur.
Özəl tibb müəssisələri
Vətəndaşın göndəriş verilən özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələri arasında seçim etmək hüququ var.
Vətəndaş təcili və təxirəsalınmaz hallar istisna olmaqla göndəriş olmadan birbaşa özəl və ya sahəvi tabeliliyi olan tibb müəssisələrinə müraciət edərsə, tibbi xidmət üçün öz vəsaiti hesabına ödəniş etməlidir.
Hansı tibbi xidmətlərdən istifadə etmək mümkündür?
İcbari tibbi sığorta hesabına tibbi xidmətlər vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3318 sayda tibbi xidmət daxildir.
Xidmətlər ZərfiXidmətlər Zərfinə dövlət proqramları və qanunları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar, plastik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil.