06.11.2026

Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 20 noyabr 2026-cı il tarixində 📍Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

İcbari tibbi sığorta, əlilliyin qiymətləndirilməsi və qurumun digər fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 18 noyabr tarixinədək ☎️"142" Çağrı mərkəzinə zəng edə, ərazi üzrə TSEK-ə yaxınlaşa, 📧dtsea@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də DTSEA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.