Hər il fevralın 4-də Ümumdünya Xərçənglə Mübarizə Günü qeyd olunur. Son illərin ən yayılmış xəstəliklərindən olan xərçəng xəstəlikləri ilə ən böyük mübarizə xəstəliyin vaxtında aşkarlanmasıdır.
2025-ci il ərzində 15 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb.
Agentlik tərəfindən 2023-cü ildən etibarən onkoloji səbəbdən əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya layihəsi həyata keçirilir. Bu günə qədər 1100-ə qədər şəxsə ambulator və onlayn formada fərdi və qrup seanslar şəklində 4200-dən çox sosial-psixoloji reabilitasiya xidməti göstərilib.
Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin, kədər və yalnızlıq hisslərinin azaldılması, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırmaqla reabilitasiya prosesinin dəstəklənməsi məqsədini daşıyır.