19.10.2026

9 ayda icbari tibbi sığorta ilə pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-sentyabr aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib.

Bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

Dövlət tibb müəssisələrinə 9 ayda 4,8 milyondan çox şəxs 20 milyon müraciət edib. Onlardan 1,5 milyona yaxını uşaqlar olub.  

Bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,8 faiz, müraciətlərin sayı 8,4 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.