Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 9 oktyabr 2026-cı il tarixində Astara rayonunda vətəndaşları qəbul edəcək.
İcbari tibbi sığorta, əlilliyin qiymətləndirilməsi və qurumun digər fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 7 oktyabr tarixinədək "142" Çağrı mərkəzinə zəng edə, ərazi üzrə TSEK-ə yaxınlaşa, dtsea@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də DTSEA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.