Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən 27 noyabr 2026-cı il tarixində saat 15:00-da Bakı şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçiriləcək.
Əlilliyin qiymətləndirilməsi və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, DTSEA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.