12.11.2026

“Qazi. Bir insan hekayəsi” adlı fotosərgi təşkil olunub

6 noyabr tarixində Yeni Klinikada şəhid ailələrinin üzvləri üçün keçirilən “Zəfər əmanətlərinə qayğı ilə – sağlamlıq həftəsi” layihəsi çərçivəsində “Qazi. Bir insan hekayəsi” adlı fotosərgi təşkil olunub.

Fotosərgidə Vətən müharibəsi iştirakçısı olan qazilərin döyüş yolu, qəhrəmanlıq nümunələri və müharibədən sonrakı həyatlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Fotosərginin məqsədi qazilərin keçdiyi şərəfli döyüş yolunu, qəhrəmanlığını və mübarizə əzmini ictimaiyyətə tanıtmaq, onların həyat hekayələrini daha geniş auditoriyaya çatdırmaq və Vətən uğrunda göstərdikləri fədakarlığın daim xatırlanmasına töhfə verməkdir.