07.11.2025

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələri şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət ediblər

Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rahim Hüseynov şəhid polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət edib.

Möhtəşəm Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərən R.Tağıyev Laçın rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ziyarət zamanı R.Hüseynov Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirib və şəhid ailələrinə göstərilən qayğı və diqqətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.