Nəzərinizə çatdıraq ki, İcbari tibbi sığorta ilə bağlı 1542 Çağrı Mərkəzinə daxil olan müraciətlər hər gün saat 09:00-dan axşam 21:00-dək canlı rejimdə qəbul edilir.
Qeyri-iş saatlarında isə “Zəng sifarişi” xidmətindən istifadə edə bilərsiniz. Bu halda növbəti iş günü ərzində Çağrı Mərkəzinin əməkdaşları tərəfindən sizinlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, bütün mobil operatorlardan 1542 Çağrı Mərkəzinə zənglər ödənişsizdir.