12.09.2026

Ramin Rzayev Özbəkistan Respublikası Dövlət Tibbi Sığorta Fondunun İdarə Heyətinin sədri ilə görüşüb

Ramin Rzayev Özbəkistan Respublikası Dövlət Tibbi Sığorta Fondunun İdarə Heyətinin sədri Zoxid Ermatov ilə görüşüb.

Görüşdə dövlət tibbi sığortasının maliyyələşdirilməsi, sığorta fondunun fəaliyyəti, sosial həssas əhali qruplarının tibbi xidmətlərə əlçatanlığı, xəstəxanaların maliyyələşdirilməsi və tarif siyasəti məsələləri müzakirə olunub.

Tərəflər həmçinin rəqəmsal həllərin tətbiqi, elektron resept və tibbi xidmətlər üzrə hesablaşma sistemləri, eləcə də xidmət keyfiyyətinə nəzarət mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.