04.02.2026

Respublika Reabilitasiya Mərkəzi tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar tədbir təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi tərəfindən 4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar icma əsaslı tədbir təşkil edilib.

"Həmyaşıd dəstəyi" proqramı çərçivəsində Suraxanı rayon Gənclər Evində baş tutan tədbir "Uğur hekayələri" formatında keçirilib. Belə ki, onkoloji xəstəliklə mübarizə apararaq sağalan, reabilitasiya prosesini uğurla tamamlayan şəxslər öz hekayələrini digər onkoloji xəstələrlə bölüşərək, onlara dəstək olub. Görüş iştirakçılar arasında təcrübə mübadiləsi və emosional dəstəyin gücləndirilməsi məqsədilə icma səviyyəsində təşkil olunub.

Qeyd edək ki, "Həmyaşıd dəstəyi" proqramının əsas məqsədi əlilliyi olan şəxslərin psixososial adaptasiya bacarıqlarını artırmaq, həmyaşıd mentorlar yetişdirmək, uğurlu reabilitasiya nümunələrini ictimaiyyətə təqdim etməklə, cəmiyyətdə əlilliyə dair müsbət yanaşmanı və maarifləndirmə yolu ilə sosial inteqrasiyanı gücləndirməkdir.