24.11.2026

Yanvar-oktyabr aylarında icbari tibbi sığorta ilə pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.

Bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

Dövlət tibb müəssisələrinə 10 ayda  5 milyondan çox şəxs 22 milyon müraciət edib. Onlardan 1,5 milyondan çoxu uşaqlar olub.

Bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı 6,7 faiz artıb.